Forester

Hər şeyə hazır.


İndiyə kimi etmək istədiyiniz hər şeyi
bu avtomobillə edə biləcəksiniz.

Avadanlıq

LED Headlamps with Auto-leveliser

Avto-nizamlayıcısı olan LED Fənərlər

Avto-nizamlayıcısı olan ikifunksiyalı sükana qarşı həsas LED fənərlər zəif və güclü işıq şüalarını birləşdirir və qaranlıq döngələrdə aydın görüş sahəsi təmin edir.

18-inch Aluminium-alloy Wheels

18 Düymlük Yüngül Lehimli Disklər

Güclü dizayna malik çox xəlitəli 18 düymlük alüminium yüngül lehimli disklər 225 / 55R18 şinlərlə uyğunlaşdırılmışdır.

LED Front Fog Lamps

Led Qabaq Duman Fənərləri

Dəbli və idman üslubunda dizayn olunmuş LED duman fənərləri geniş şüalı işıqlar saçaraq gecə və pis hava şəraitində görməni asanlaşdırır.

LED Rear Combination Lamps

LED Arxa Fənərlər

Arxa fənərlər funksionallığı təmsil edən C formalı fənərləri ilə tamamilə yenilənmiş Foresterə tam fərqli Subaru görünüşü verir.

Roof Rails

Dam Relsləri

Arxada yerləşən yan qapıların altlığı ilə dam relslərinin rahat istifadəsi. İpləri möhkəm şəkildə bağlaya biləcəyiniz halqalar mövcuddur, beləliklə, istədiyiniz əşyanı ürək rahatlığı ilə daşıya bilərsiniz.

Dual Air-conditioning System

İkili Kondisioner Sistemi

Sərnişin tərəfindən tənzimlənən kondisioner sistemi salonda əyləşən hər kəs üçün xoş atmosfer yaradır. Dörd rejimdən birini seçməklə hər kəsin istəyinə uyğun temperaturu tənzimləmək mümkündür. Daha çox rahatlıq üçün, tənzimləməni 6.3 düymlük Çoxfunksiyalı Ekrandan da edə bilərsiniz.

USB Power Outlets (Front and Rear)

USB Elektrik Girişi (Ön və Arxa)

Hər kəsin rahatlığını artırmaq üçün həm ön, həm arxa oturacaqlarda sərnişinlər üçün USB girişləri mövcuddur.

Divided Seatback Pockets

Oturacaqların Arxasında Çoxhissəli Ciblər

Oturacaqların arxasındakı çoxhissəli ciblərə jurnallarınızı, telefon və planşetlərinizi rahat yerləşdirə bilərsiniz.

Seat Position Memory Switch

Ağıllı Oturacaq Düyməsi

Ağıllı oturacaq funksiyası təkmilləşdirilmiş rahatlıq üçün yan güzgülərin mövqeyi ilə əlaqələndirilmişdir. Bununla yanaşı, geriyə hərəkət rejiminə keçdiyinizdə daha yaxşı yan görüntü əldə etmək üçün güzgülər avtomatik olaraq aşağı əyilir.

Rear Ventilation System

Arxa Havalandırma Sistemi

Havalandırma barmaqlıqları sərnişinlərin rahat səyahət edə bilməsi üçün mərkəzi konsol qutusunun arxasına yerləşdirilmişdir.

Apple CarPlay *1 və Android Auto *2

Apple Car Play və Android Auto ilə müasir dövrün ən məşhur proqramlarını istifadə edin. Səs tanıma imkanı əlsiz istifadəni təmin edir və sükan arxasında olan zaman fikir dağınıqlığını azaldaraq hər kəsin təhlükəsizliyini qoruyur.

Multifunction Display

Çoxfunksiyalı ekran

Alətlər panelinin yuxarısında yerləşən 6.3 düymlük LCD çoxfunksiyalı ekran sizi və sərnişinlərinizi rahat başa düşülən şəkildə faydalı məlumatlarla təmin edir. Naviqasiya sistemi aktiv vəziyyətdə olarkən çoxfunksiyalı ekrana qoşulur və qovşaqlara, və ya döngələrə yaxınlaşdıqda addım-addım məlumat verir.

Meter Display

Hesablayıcı Ekran

4.2 düymlük tam rəngli LCD hesablayıcı ekran, gözünüzü yoldan ayırmamaq üçün bir baxışla lazımi məlumatları anlamaqda kömək edir.

Side View Monitor

Yan Görünüş Monitoru

Yan görünüş monitoru yaxında yerləşən obyektlərin ətrafında daha təhlükəsiz və rahat manevr edə bilmək üçün sərnişin yan qapı güzgüsünün altına yerləşdirilmiş kameradan olan görüntüləri (bir çox vəziyyətdə kor nöqtələri) çox funksiyalı ekranda əks etdirir.

Rear View Camera

Arxa Görüntü Kamerası

Geriyə hərəkət rejiminə keçdiyiniz zaman parkinqi asanlaşdırmaq üçün əsas ekranda göstərişlərlə yanaşı canlı rəngli görüntü əks olunur. Bununla yanaşı, arxa görüntü kamerası təmizləyicisi aydın görüntü təmin etmək üçün ləkələri təmizləyir.

Premium Audio System with Harman/Kardon Speakers

Harman/Kardon-nun ən son texnologiyası olan Green Edge xüsusiyyətlərinə sahib premium səs sistemi daha yaxşı səslənmə təmin etmək üçün 9 Harman/Kardon səsucaldıcı və təkmilləşdirilmiş akustikadan ibarətdir.

Centre Console Box

Mərkəzi Konsol Qutusu

Mərkəzi konsol qutusu kiçik planşetlər kimi elektrikli cihazlarınızı qoya bilməniz üçün kifayət qədər genişdir. Eyni zamanda, sizin rahatlığınız üçün qutunun içində 12V-luq ştepsel yerləşir 

Power Sunroof

Lyuk Düyməsi

Lyukun içəridən sürüşərək açılması tavan hissədə bütün sərnişinləri kifayət qədər yerlə təmin edərək genişlik hissi yaradır.

Side Sill Steps

Yan Qapı Altlığı Pillələri

Yan qapı altlığı pillələri daha geniş və daha yastıdır, eyni zamanda, dam relslərinin rahat istifadəsi üçün səthi sürüşməzdir.

Power Rear Gate

Baqaj Düyməsi

Baqaj düyməsi əlləriniz dolu olduqda belə tək toxunuşla baqajı açmağınızı təmin edir. Daxili kilid düyməsi rahatlıqla baqaj qapısını bağlamağa və eyni zamanda bütün qapıları kilidləməyə imkan verir.

Yük yeri

Geniş açılış və kvadrat dizayn hətta böyük əşyaları əyməyə ehtiyac olmadan yerləşdirməyi, yükləməyi və boşaltmağı asanlaşdırır. 60/40-a bölünən qatlanan arxa oturacaqların arxaları uzun əşyaların yüklənməsini asanlaşdıran düz yük döşəməsi üçün optimallaşdırılıb. Üstəlik, yük sahəsinin kənarları asanlıqla silinə bilən kir və cızıqların nəzərə çarpmadığı, davamlı materialdan hazırlanıb, beləliklə siz rahatlıqla istənilən açıq hava yığıncaqlarından həzz ala bilərsiniz.